Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişçuk TASS-a müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, yeni ABŞ administrasiyasının Kiyev və Moskva üzərində təzyiq siyasəti, eləcə də mümkün sülh planı təqdim edəcəyi ilə bağlı bəyanatları səsləndirilsə də, rəsmi olaraq heç bir konkret təşəbbüs irəli sürülməyib. O qeyd edib ki, hazırda Vaşinqton tərəfinin müxtəlif mövqeləri öyrənərək gələcək razılaşmanın necə görünə biləcəyini anlamağa çalışdığı ehtimal edilir.
Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Moskvanın ABŞ ilə danışıqlara hər zaman açıq olduğunu bəyan etmişdi. Onun fikrincə, müzakirələrin dayanmasının əsas səbəbi Vaşinqtonun mövqeyidir.