Bojadze jurnalistlərə açıqlamasında komissiyanın gələn həftə yaradılacağını və onun fəaliyyət istiqamətləri ilə iş qrafikinin müəyyən ediləcəyini bildirib. O, komissiyanın 6 ay müddətində fəaliyyət göstərəcəyini vurğulayıb.
Deputatın sözlərinə görə, son 12 ildə "Gürcü Arzusu" hakimiyyətdə olduğu dövrdə "Milli Hərəkat" rejiminə hüquqi qiymət verilməyib. O, keçmiş prezident Mixail Saakaşvilinin həbsdə olduğunu, Kexa Kezeraşvili və Zurab Adeşvilinin isə ölkədən qaçaraq ədalətdən yayınmağa çalışdıqlarını xatırladıb.
Bojadze əlavə edib ki, komissiya Gürcüstan vətəndaşlarına "Milli Hərəkat"ın keçmişdə törətdiyi hadisələri xatırladacaq və onların indiki siyasət səhnəsinə qayıtmaq cəhdlərinin qarşısını almağa yönələcək.