Ajans.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
"Konstitusiya quruluşunun və milli maraqların qorunmasının və mövcud böhrana cavab verilməsinin təxirəsalınmaz zərurətini, habelə vətəndaşların istəklərini nəzərə alaraq belə qənaətə gəldim ki, xüsusi qanun layihəsinə yenidən baxılmasını xahiş edirəm", - deyə o, bildirib.
Çoi Sanq-mok qeyd edib ki, qanun layihəsinin yeni variantı “konstitusiyaya zidd olan bəzi məqamları” aradan qaldırıb. Bununla belə, dövlət başçısı bildirib ki, bu təşəbbüs hakim partiyanın razılığı olmadan parlament tərəfindən dəstəklənib.