İmtahan 31 yanvar 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda təşkil olunub. İmtahanda 10 nəfər iştirak edib.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.
Bildirilib ki, iştirakçılar imtahan nəticələrin ETS-in saytında yaradılmış şəxsi hesabları vasitəsilə 8-10 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti GRE General Test imtahanının 20 fevral 2025-ci il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: //dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/gre