Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən hazırda Yevlax, İmişli, Cəfərxan, Sabirabad, Hacıqabul, Biləsuvar rayonlarındadumanlı hava şəraiti müşahidə olunur və görünüş 200 metrədək məhdudlaşır.
Xidmət rəsmisi Gülnarə Abbasova Teleqraf.com-a bildirib ki, müşahidə olunan duman sinoptik şərait ilə əlaqədar olaraq gözlənilənatmosfer hadisəsidir. Yer səthində gündüz saatlarında havanın temperaturunun nisbətən yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsi nəticəsində inversiya dumanı formalaşır.
"Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin fevralın 2-si gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir”.
Müəllif: Teleqraf.com