AZ

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin buraxıcılıq qabiliyyətinin artırılması istiqamətində aktiv addımlar atır

Bakı.Trend:

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin buraxıcılıqqabiliyyətinin artırılması istiqamətində aktiv addımlar atır.

Trend xəbərverir ki, bu barədə Azərbaycanın baş naziri Əli Əsədov AvrasiyaHökumətlərarası Şurasının Almatıda keçən iclasında etdiyi çıxışdadanışıb.

“Biz ənənəvi olaraq nəqliyyat-tranzit sahəsində əməkdaşlığaböyük önəm veririk. Azərbaycandan Şərq-Qərb və Şimal-Cənubbeynəlxalq nəqliyyat dəhlizləri keçir. Biz ərazimizdən keçənnəqliyyat yollarının bütün komponentlərinin uğurlu fəaliyyətinitəmin etmişik”,- deyə o bildirib.

Baş nazir Azərbaycan ərazisindən yükdaşımalarının davamlıtemplərlə artmaqda olduğunu vurğulayıb.

“Ötən il tranzit daşımaların həcmi 8 faiz artıb. Yük axınınınartım dinamikasını nəzərə alaraq, yuxarıda qeyd olunan dəhlizlərinimkanlarının genişləndirilməsi üçün aktiv addımlar atırıq. Bizim öztərəfdaşlarımızla, Aİİ üzvləri ilə bütün istiqamətlərdə əməkdaşlığıartırmaq üçün böyük potensialımız və zəngin təcrübəmiz var.Azərbaycan bunun üçün bütün lazımı səyləri göstərməyə hazırdır”, -deyə Əli Əsədov bildirib.

Seçilən
29
az.trend.az

1Mənbələr