AZ

Kurskda rus ordusuna öldürücü zərbə: Məhv edildi

Ukrayna ordusu Kursk vilayətində Rusiya Silahlı Qüvvələrinin "Kursk" qoşun qruplaşmasının komanda məntəqəsini məhv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Bu gün Ukrayna Müdafiə Qüvvələrinin raket qoşunları və artilleriya bölmələri Kursk vilayətinin Rılsk şəhərində Rusiya Silahlı Qüvvələrinin "Kursk" qoşun qruplaşmasının komanda məntəqəsinə zərbələr endirib. Yüksək dəqiqlikli və koordinasiyalı zərbələr nəticəsində düşmənin komanda məntəqəsi məhv edilib”, - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
11
teleqraf.com

1Mənbələr