"Qəbələ" klubu iki futbolçusu ilə əməkdaşlığa son qoyub, birini isə icarəyə verib.
Fanat.Az xəbər verir ki, məlumatı I Liqa təmsilçisinin mətbuat xidməti yayıb.
Müdafiəçi Vüqar Həsənov və hücumçu Laurent Mendi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Hər iki futbolçu 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinirdi.
“Qəbələ” akademiyasının yetirməsi Mehrac Baxşalı isə icarəyə verilib. 21 yaşlı yarımmüdafiəçi qarşıdakı 1,5 ildə “Mingəçevir”in formasını geyinəcək.