AZ

Naxçıvanda saxlanılan Türkiyə vətəndaşı Özbəkistana təhvil verilib

Bakı. Trend:

Özbəkistan Respublikasının Baş Prokurorluğu ilə cinayətkarlığaqarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilir ki, 01.01.1995-ci il təvəllüdlü TürkiyəRespublikasının vətəndaşı Akdı Namik Kemalın cinayət məsuliyyətinəcəlb edilməsi üçün verilməsinə dair Özbəkistan Respublikası BaşProkurorluğunun vəsatəti Azərbaycan Respublikasının BaşProkurorluğu tərəfindən təmin edilib.

Özbəkistanda dələduzluq əməllərinin törədilməsindətəqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş A.N.Kemal2024-cü ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikasınınərazisində müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkantədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqimünasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasəntəqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbuledilərək, sonuncu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusikonvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətliorqanına təhvil verilib.

Məqalədə:
Seçilən
37
26
az.trend.az

10Mənbələr