AZ

3 marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Bakı. Trend:

Paytaxtın Nərimanov rayonunun Aşıq Molla Cümə və ZaurNudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəblidairəsi arasında (Albert Aqarunov küçəsi) aparılacaq təmir işləriilə əlaqədar fevralın 1-dən sözügedən ərazidə nəqliyyatvasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən(AYNA) məlumat verilib.

Məhdudiyyətlə əlaqədar 17, 24 və 211 nömrəli marşrutlarınhərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Dəyişikliyə əsasən, 17 nömrəli marşrut Əhməd Rəcəblidairəsinədək, 24 nömrəli marşrut “Nəriman Nərimanov”metrostansiyasınadək, 211 nömrəli marşrut isə alternativ olaraqƏhməd Rəcəbli küçəsi, Ziya Bünyadov prospekti, Azad Hümbətov vəZaur Nudirəliyev küçələrindən keçməklə fəaliyyət göstərəcək.

Məqalədə:
Seçilən
24
49
az.trend.az

10Mənbələr