AZ

Samuxda Gənclər günü qeyd olunub

31 yanvar 2025-ci il tarixdə YAP Samux rayon təşkilatında Samux  rayon İcra Hakimiyyəti, YAP Samux rayon təşkilatı  və  Samux rayonu üzrə  Gənclər  İdman sektorunun birgə təşkilatçılığı ilə  2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə  “Qürurlu və əzəmətli Azərbaycan gəncliyi mövzusunda  tədbir keçirilib. 

Tədbirdə Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov,  YAP Samux rayon təşkilatının  partiya fəalları, ictimaiyyət nümayəndələri, eyni zamanda rayonun fəal gəncləri iştirak ediblər. 

Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunan tədbirdə  Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.   Sonra “Heydər Əliyev və Azərbaycan gəncliyi”  mövzusuna  həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə  çıxış edən Samux rayon İcra Hakimiyyətinin  başçısı  Firdovsi  Əliyev  əlamətdar  gün münasibətilə müstəqil Azərbaycan gənclərini  təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.   Rayon rəhbəri  Gənclər Günü  barədə Ulu Öndər Heydər  Əliyevin tarixi Sərəncamının əhəmiyyəti və bu sahədə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən işlər barədə geniş məlumat verib.

Sonra YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək bildirib ki, gənclər siyasətinin banisi xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndərin siyasi kursunun davamçısı cənab Prezident  İlham Əliyev də hər zaman malik olduqları qabiliyyət və intellektual imkanlarına görə gənclərə böyük diqqət və qayğı ilə yanaşıb.

 Daha  sonra tədbirdə  çıxış edən Samux rayonu üzrə Gənclər  və  İdman sektorunun müdiri Rasim İmamquliyev gəncləri xüsusi gün münasibətilə təbrik edərək, gənclər siyasəti ilə bağlı ölkə başçısı İlham Əliyevin qarşıya qoyduğu vəzifələr ətrafında danışıb, gənclərimizə şəxsi və ictimai həyatda uğurlar arzulayıb.

Çıxış edən digər natiqlər Nuranə Həsənova, Alagöz Quliyeva  dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğıdan razılıq bildirib, ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu vurğulayıblar.

Sonda  rayonun ictimai-siyasi həyatında, təhsildə və  idmanda fərqlənən bir qrup fəal gəncə fəxri fərman təqdim olunub.

Seçilən
26
yeniazerbaycan.com

1Mənbələr