Çip istehsalçısı "STMicroelectronics" şirkəti Fransa və İtaliyada 3000-ə qədər işçini ixtisar edəcək.
Fransa-İtaliya çip istehsalçısı "STMicroelectronics" şirkəti iş yerlərinin sayını 2-3 min azaltmaq niyyətindədir.
Operativ Media xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumatda qeyd olunub ki, şirkət işçilərinin 6%-i ixtisar edilə bilər.
Bildirilib ki, İtaliya və Fransada həm əmək müqavilələrinə vaxtından əvvəl xitam verilməsi, həm də kadr dəyişikliyi yolu ilə işçilərin sayının azaldılması gözlənilir. Lakin yekun qərar hələ verilməyib.