“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Keşlə qəsəbəsi, “Gənclik” metrostansiyası və Azərbaycan Tibb Universiteti ilə əlaqələndirən 38 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.
Operativ Media xəbər verir ki, bu barədə AYNA-dan məlumat verilib.
Məlumata əsasən, fevralın 1-dən sərnişinlərin xidmətinə veriləcək 15 ədəd yeni “Yutong” markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.
Yeni avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 6-7 dəqiqə təşkil edəcək.
Avtobuslarda ödəniş nağdsız qaydadadır.
İctimai nəqliyyat sistemində sərnişinlərə keyfiyyətlixidmətin göstərilməsi məqsədilə marşrutlardaistifadə olunan avtobusların yenilənməsi mərhələliqaydada davam etdirilir.