AZ

Abşeron təhsilində gizlədilən MÜDHİŞ KORRUPSİYA: Sektor müdirlərinin "DƏFTƏRXANA" və "GÜNDƏLİK" kitabça ƏMƏLİYYATI

Məlum olduğu kimi Elm və Təhsil Nazirliyi  tərəfindən uğurla həyata keçirilən islahatların fonunda bəzi təhsil ocaqlarında hələ də yaşanmaqda olan nöqsanlar və ciddi problemlərin yaranması davam etməkdədir. Nəticədə də təhsildə hələ də davamlı qalmaqda olan eybəcərliklərlə bağlı vətəndaşların şikayət dolu ərizə və məktubları rüşvətxorluğa əlləri vərdiş etmiş məmurların vərdişlərindən heç cür əl çəkə bilmədiklərini sübut edir.

Paytaxt.org-a daxil olan məlumatlarda,  Abşeron rayon Təhsil şöbəsində sektor müdirlərinin yarıtmaz və mənfəət idarəçiliyi, işlərində yol verdiyi ciddi qanun pozuntularına dair bir sıra faktlar öz əksini tapmışdır.

Məlumata görə, təhsil şöbəsinin sektor müdirləri rayonun məktəblərini iki hissəyə P və S kataqoriyası olaraq bölüşdürüblər. Hər iki kataqoriya  bölümündə  eyni proseslər aparılır və həyata keçirilir. Məlumatlı mənbənin dediyinə görə, rayonun orta təhsil müəssələrinin çoxunda qeyri-qanuni "dəftərxana" və "gündəlik" kitabçası əməliyyatı aparılıb. Xızı və Abşeron RTİ-də mühüm vəzifə sahibin arxalarına alan Abşeron təhsil şöbəsinin sektor müdirləri, məktəblərə nəzərdə tutulan qida məhsullarından tutmuş, Elm Və Təhsil nazirliyi tərəfindən pulsuz olaraq göndərdiyi qələm, əlavə oxu kitabları, forma 4 kağızlar, test  və.s ləvazimatlar eləcə də dövlətin nəzarətindən kənar, özəl mətbəələrdə çap edilən "gündəlik" kitabçalarına qədər əməlli başlı biznes şəbəkəsi yaradıblar. (bununla bağlı hazır göndərilmiş dəhşətli faktlar üzərində ad və rəqəmlərlə xüsusi yazı hazırlanır - red).

Bunlarla yanaşı sektor müdirlərinin imzası olmasa hər hansı məktəb rəhbəri, nə invertarın alınıb, silinməsini nə dəki  məktəbdə hər hansı kosmetik işlər apara bilər. Hə, bütün mühüm işlər də burdan başlayır, yəni  ayrılan, eləcədə yeni invertarlrın alnması, aparılan və aparılacaq kosmetik işlər üçün külli-miqdarda vəsaiti yuvarlaq rəqəmlər adı altında dövlətdən qoparılıb mənimsənildiyi də daxil olan məlumatlarda deyilir. 

Son məlumata görə, rayon məktəblərində görülən işlərdə çox ciddi nöqsanlar var.

 Tikilən və ya yenilənən məktəblədə görülən işləri tender vasitəsi ilə xüsusi gedişlərlə ələ keçirilən, yaxşı qazanc  üçün məktəb qapı və pəncərələri plastik əvəzinə yararsız taxta materaalarından istifadə edildiyindən danışmırıq. Bu faktla bağlı konkret məktəblər mövcuddur. Gələn xəbərlərdə Abşeron təhsilində gizlədilən koorrupsiya sektor müdürlərinin forma 2-si və bu vəzifəlilərin illərdir apardığı "dəftərxana" və "gündəlik" kitabçası əməliyyatlarından əldə olunan qazancı kimlərlə harda və necə böldüyü barədə növbəti yazıda ad və rəqəmlər danışacaq. Bizi izləyin!


Seçilən
41
paytaxt.org

1Mənbələr