Bakı. Trend:
Bu ilin yanvarın 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuşəmanətlər 14,6 milyard manat təşkil edib.
Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata əsasən, ölkə üzrə cəlb olunmuş əmanətlərin ən çoxu -12,9 milyard manatı Bakı iqtisadi rayonunun, ən azı – 433 minmanatı isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb.
Dövr ərzində regionlar arasında bankda əmanəti olanlarınsiyahısında Abşeron-Xızı iqtisadi rayonu ikincidir. Burada yaşayanəhalinin banklarda 525,9 milyon manat pulu var.
Siyahıda üçüncü yerdə isə 230,4 milyon manat əmanət cəlbi iləGəncə-Daşkəsən iqtisadi rayonu qərarlaşıb.
Regionlar üzrə cəlb olunmuş əmanətlərin siyahısını təqdimedirik:
Regionlar üzrə cəlb olunmuş əmanətlər | ||
Regionların adı | Cəmi (min manat) | Orta % dərəcəsi |
Bakı iqtisadi rayonu | 12,954,353 | 4.23% |
Abşeron-Xızı iqtisadi rayonu | 525,908 | 6.06% |
Gəncə-Daşkəsən iqtisadi rayonu | 230,386 | 6.15% |
Quba-Xaçmaz iqtisadi rayonu | 139,250 | 5.41% |
Lənkəran-Astara iqtisadi rayonu | 126,429 | 5.43% |
Şəki-Zaqatala iqtisadi rayonu | 123,185 | 4.56% |
Mərkəzi Aran iqtisadi rayonu | 127,356 | 5.16% |
Qazax-Tovuz iqtisadi rayonu | 112,373 | 5.73% |
Qarabağ iqtisadi rayonu | 88,230 | 4.94% |
Şirvan-Salyan iqtisadi rayonu | 68,536 | 4.34% |
Naxçıvan iqtisadi rayonu | 70,965 | 3.96% |
Mil-Muğan iqtisadi rayonu | 49,990 | 3.47% |
Dağlıq Şirvan iqtisadi rayonu | 44,555 | 5.07% |
Şərqi Zəngəzur iqtisadi rayonu | 433 | 2.37% |
Cəmi | 14,661,949 | 4.37% |