Bu ilin yanvarın 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlər 14,6 milyard manat təşkil edib.
Bu barədə Publika.az-a Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata əsasən, ölkə üzrə cəlb olunmuş əmanətlərin ən çoxu - 12,9 milyard manatı Bakı iqtisadi rayonunun, ən azı – 433 min manatı isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb.
Dövr ərzində regionlar arasında bankda əmanəti olanların siyahısında Abşeron-Xızı iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 525,9 milyon manat pulu var.
Siyahıda üçüncü yerdə isə 230,4 milyon manat əmanət cəlbi ilə Gəncə-Daşkəsən iqtisadi rayonu qərarlaşıb.
Regionlar üzrə cəlb olunmuş əmanətlərin siyahısını təqdim edirik:
Regionlar üzrə cəlb olunmuş əmanətlər | ||
Regionların adı | Cəmi (min manat) | Orta % dərəcəsi |
Bakı iqtisadi rayonu | 12,954,353 | 4.23% |
Abşeron-Xızı iqtisadi rayonu | 525,908 | 6.06% |
Gəncə-Daşkəsən iqtisadi rayonu | 230,386 | 6.15% |
Quba-Xaçmaz iqtisadi rayonu | 139,250 | 5.41% |
Lənkəran-Astara iqtisadi rayonu | 126,429 | 5.43% |
Şəki-Zaqatala iqtisadi rayonu | 123,185 | 4.56% |
Mərkəzi Aran iqtisadi rayonu |