AZ

Banklara ən az və ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Bu ilin yanvarın 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlər 14,6 milyard manat təşkil edib.

Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata əsasən, ölkə üzrə cəlb olunmuş əmanətlərin ən çoxu - 12,9 milyard manatı Bakı iqtisadi rayonunun, ən azı – 433 min manatı isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb.

Dövr ərzində regionlar arasında bankda əmanəti olanların siyahısında Abşeron-Xızı iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 525,9 milyon manat pulu var.

Siyahıda üçüncü yerdə isə 230,4 milyon manat əmanət cəlbi ilə Gəncə-Daşkəsən iqtisadi rayonu qərarlaşıb.

Regionlar üzrə cəlb olunmuş əmanətlərin siyahısını təqdim edirik:

Regionlar üzrə cəlb olunmuş əmanətlər
Regionların adı Cəmi (min manat) Orta % dərəcəsi
Bakı iqtisadi rayonu 12,954,353 4.23%
Abşeron-Xızı iqtisadi rayonu 525,908 6.06%
Gəncə-Daşkəsən iqtisadi rayonu 230,386 6.15%
Quba-Xaçmaz iqtisadi rayonu 139,250 5.41%
Lənkəran-Astara iqtisadi rayonu 126,429 5.43%
Şəki-Zaqatala iqtisadi rayonu 123,185 4.56%
Mərkəzi Aran iqtisadi rayonu 127,356 5.16%
Qazax-Tovuz iqtisadi rayonu 112,373 5.73%
Qarabağ iqtisadi rayonu 88,230 4.94%
Şirvan-Salyan iqtisadi rayonu 68,536 4.34%
Naxçıvan iqtisadi rayonu 70,965 3.96%
Mil-Muğan iqtisadi rayonu 49,990 3.47%
Dağlıq Şirvan iqtisadi rayonu 44,555 5.07%
Şərqi Zəngəzur iqtisadi rayonu 433 2.37%
Cəmi 14,661,949 4.37%
Seçilən
43
4
valyuta.az

9Mənbələr