Ötən il vergi borcuna görə 7 mindən çox şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılıb.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmisi Elxan İsayev “Xəzər Xəbər”ə açıqlamasında deyib.
Onun sözlərinə görə, ötən il ərzində xidmət tərəfindən borclu vergi ödəyicilərinə hesablanmış vergilər, sığorta haqları, faizlər və tətbiq olunmuş maliyyə sanksiyaları üzrə borcların ödənilməsi ilə bağlı proaktiv məlumatlandırma tədbirləri davam etdirilib.
Xezerxeber.az-ın məlumatına görə, Elxan İsayev həmçinin bildirib ki, cinayət tərkibi yaradan materiallar da aidiyyəti istintaq orqanına göndərilib.
Qeyd edək ən çox vergi borcu Bakı şəhəri üzrə qeydə alınıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.