AZ

Azərbaycan-Pakistan arasında bir çox sahələrdə inkişaf perspektivləri müzakirə olunub

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 31-dəPakistan İslam Respublikasının özəlləşdirmə, investisiya vəkommunikasiya üzrə federal naziri Abdul Alim Xan ilə görüşüb.

Nazirlər Kabinetindən Trend-əverilən məlumata görə, görüşdə Azərbaycan-Pakistan dostluq vəqardaşlıq əlaqələrinin bütün sahələrdə dinamik inkişafındanməmnunluq ifadə olundu.

Azərbaycan Respublikası Prezidentinin ötən il Pakistana baştutmuş dövlət səfəri nəticəsində dövlətlərarası münasibətlərinkeyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu bildirildi.

Söhbət zamanı Azərbaycan-Pakistan strateji tərəfdaşlıqəlaqələrinin iqtisadiyyat, ticarət, sərmayələr və qarşılıqlı maraqdoğuran digər sahələrdə inkişaf perspektivləri müzakirə olundu.

Məqalədə:
Seçilən
14
22
az.trend.az

1Mənbələr