AZ

"Intel"in artan səhmləri və yeni CEO axtarışı - "Reuters"

Bu gün "Intel" şirkətinin səhmləri birjada açılışdan əvvəl 1,7% yüksəlib. 

Valyuta.Az xəbər verir ki, şirkətin rüblük gəliri gözləntilərdən yüksək olsa da, investorların əsas diqqəti çətin dövrdən çıxmaq üçün yeni baş direktorun axtarışına yönəlib.  

Keçmiş baş direktor Pat Gelsinger ötən ay vəzifəsindən uzaqlaşdırılıb. Onun dördillik bərpa planını tamamlamadan istefaya göndərilməsi, "Intel"in illərdir davam edən istehsal problemləri və süni intellekt sahəsində əldən verilmiş fürsətlər nəticəsində rəqiblərindən geri qalması ilə əlaqələndirilir.  

"Intel"in CEO-su P.Gelsinger istefa verdi - Şirkətdə nə baş verir?

Bundan əlavə, "Intel" dünən cari rüb üçün gəlir proqnozunun gözləntilərdən aşağı olduğunu açıqlayıb.  

"Bu məqamda "Intel"dən gələn pis nəticələr artıq əvvəlki kimi investorları narahat etmir, çünki onlar şirkətin problemlərinə qarşı həssaslığını itirməkdədir", – "Bernstein" analitikləri qeyd ediblər.  

"Əslində, şirkətin biznes göstəricilərindəki yaxşı və ya pis nəticələr hazırda ikinci planda qalır. Hazırda əsas diqqət yeni baş direktor dəyişikliyinə (əgər baş verərsə) və idarə heyətinin şirkətlə bağlı verəcəyi qərarlara yönəlib."  

Hazırda şirkət baş direktor axtarışını davam etdirərkən, maliyyə direktoru Devid Zinsner və baş icraçı Mişel Conston Holthaus müvəqqəti həmsədr kimi təyin ediliblər.  

Bir zamanlar fərdi kompüter bazarında lider olan "Intel" son illərdə əsas rəqibi "Advanced Micro Devices" şirkətinə bazar payını itirməkdədir. Şirkət, eyni zamanda, "OpenAI"yə investisiya etmək fürsətini qaçırıb. "OpenAI" tərəfindən hazırlanan "ChatGPT"nin uğuru texnologiya sənayesində inqilab yaradıb.  

Süni intellekt sahəsində inkişaf edən şirkətlər hazırda böyük həcmli məlumatları emal edə bilən xüsusi AI prosessorlarına üstünlük verirlər. Bu isə "Intel"in ənənəvi server prosessorlarına olan tələbatı azaldır.

"Strateji alternativlər yaxın gələcəkdə əsas ümid mənbəyi olacaq, lakin biz bunun necə həyata keçiriləcəyini görmürük. Çünki "Intel"in foundry (istehsalat) biznesi texnologiya baxımından geridədir və faktiki olaraq heç bir müştəri bazasına sahib deyil", – "Jefferies" analitiki Bleyn Körtis bildirib.  

Bu gün birja açılmamışdan əvvəl "Nvidia" şirkətinin səhmləri 1% azalarkən, "Advanced Micro Devices" şirkətinin səhmləri 1% artıb.  

2024-cü ildə "Intel"in səhmləri 60% dəyər itirdiyi halda, AI çip bazarının lideri "Nvidia"nın səhmləri 171% artıb. "Qualcomm" 6% yüksəlmiş, "AMD" isə 18% dəyər itirmişdir.  

Hazırda "Intel"in 12 aylıq gözlənilən qiymət-gəlir nisbəti 24,67-dir. Bu göstərici "Nvidia" üçün 28,17, "AMD" üçün isə 23,45-dir.  

Rəhim

Seçilən
14
17
valyuta.az

10Mənbələr