AZ

Misir bu gün “Rəfah” keçid məntəqəsini açacaq

Misir bu gün Qəzza zolağı ilə “Rəfah” sərhəd keçidini açacaq, sərhəd keçidinin Fələstin tərəfi isə Fələstin Milli Administrasiyası tərəfindən idarə olunacaq.

Bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, keçid məntəqəsi artıq yaralı və xəstə fələstinlilərin Misirə yardım almaq üçün çıxarılacağı qapını açıb. Sərhəd keçidinin özündə təcili yardım maşınları növbətçilik edir, lazım gələrsə, tibbi yardıma ehtiyacı olan qəzzalıları qəbul edib xəstəxanalara çatdırmağa hazırdır.

Rəsmi Qahirə isə hələlik bu məlumatı şərh etməyib.

"Cebheinfo.az"

Seçilən
11
2
cebheinfo.az

3Mənbələr