Dövlət Vergi Xidməti “Caspel” şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.
Valyuta.az xəbər verir ki, şirkət qurumun 2025-ci il üzrə server, kompüter və digər avadanlıqlara, habelə korporativ rabitə şəbəkəsinə və proqram təminatına texniki dəstək xidmətinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 2 milyon 687 min 639 manatdır.
Hüseyn