Azərbaycanda İcra hakimiyyətlərinin əksəriyyətini avtomobil yanacağı ilə “Azpetrol Ltd” şirkəti təmin edir.
Məlumatlı mənbənin iddiasına görə, cənub rayonları arasında ilk sıralarda yer alan Lənkəran İcra Hakimiyyətidir. Bildirək ki, Lənkaran RİH həmin mexanizimi müqavilə tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma metodu əsasında həyata keçirir. Buda vəzifədən sui-itifadə və qanuna zidddir.
Paytaxt.org bildirir ki, Lənkəran İcra Hakimiyyətinin başçısı T.Qaraşovun şəxsən göstərişi ilə müqavilə tender müsabiqəsi keçirilmədən reallaşmışdır. Yəni, burda hər iki tərəf malı gizlincə alıb, sataraq suğorta öhdəliyindən və vergidən eləcə də və.s qanunlarda yayınma halına səbəb olmuşlar. Açıq desək, “Azpetrol Ltd” arasında Aİ-95 markalı benzinin alınması ilə bağlı 9 600 manatdan çox dövlət malına Lənkaran RİH tərəfindən zərər vurulmuşdur.
Mövzu diqqətimizdədir!
Günay
Paytaxt.org