AZ

Kia Rusiyada minlərlə Sportage avtomobilini geri çağırır

Kia avtomobillərinin Rusiya bazarındakı rəsmi nümayəndəsi olan "Kia Rusiya və MDB" MMC şirkəti ("Киа Россия и СНГ") ABS/ESC sistemindəki problemlərə görə 29 min ədəd Kia Sportage (Sle) avtomobilini geri çağırır,

Marja xəbər verir ki, bu barədə "Rosstandart" məlumat yayıb. 

"Tədbirlər proqramı Kia istehsalçısının Rusiya bazarında rəsmi nümayəndəsi olan "Kia Rusiya və MDB" MMC tərəfindən təqdim olunur. 2014-2016-cı illər arasında istehsal edilmiş 29 min 141 Kia Sportage (Sle) avtomobili geri çağırılacaq. Geri çağırılan avtomobillərin ABS/ESC aqreqatının elektrik dövrəsində bəzi hallarda qısaqapanma baş verə bilər ki, bu da cərəyanın həddindən artıq artmasına və mühərrik bölməsində yanğın riskini artıra bilər", - məlumatda deyilir.

““Kia Rusiya və MDB” MMC-nin səlahiyyətli nümayəndələri geri çağırılmalı olan avtomobillərin sahiblərinə məktublar göndərməklə və/yaxud telefon vasitəsilə avtomobilin təmir işlərinin aparılması üçün ən yaxın dilerlərə verilməsinin zəruriliyi barədə məlumat verəcəklər”, - deyə məlumatda qeyd edilib.

Seçilən
44
50
marja.az

10Mənbələr