"Nur çörək" zavodu yeni çeşiddə (620 qramlıq) çörək istehsalına başlayır.
"Alıcılarımızın nəzərinə çatdırmaq istəyirik ki, marketlərdə 55 qəpiyə satılan 510 qramlıq zavod çörəyi ilə yanaşı fevral ayının 1-dən etibarən yeni çəkidə, yeni qiymətə - 65 qəpiyə 620 qramlıq zavod çörəyi ikinci çeşid kimi tədarük olunacaq", - deyə məlumatda bildirilir.
Əldə etdiyimiz məlumata görə, digər çörək zavodlarının da eyni addımı atacaqları gözlənilir.