AZ

Ukrayna Niderlanddan F-16 qırıcılarının yeni partiyasını gözləyir - Nazir

Bakı. Trend:

Kiyev Niderlanddan F-16 qırıcılarının yeni partiyasınıgözləyir.

Trend-inməlumatına görə, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerovfeysbuk sosial hesabında bildirib.

“Artıq 2025-ci il üçün müqavilələr var. Əsas prioritet F-16proqramıdır. Qırıcıların növbəti partiyasının 2025-ci ildə təhvilverilməsini gözləyirik və pilotların, mühəndis-texniki heyətintəlimlərini davam etdiririk”, - deyə nazir vurğulayıb.

R.Umerov qeyd edib ki, Niderland 2025-ci ildə Ukraynaya yardımproqramını əhəmiyyətli dərəcədə artırıb.

Qırıcıların tədarük sayı və vaxtı açıqlanmayıb. ÜmumilikdəNiderland Ukraynaya 24 ədəd F-16 qırıcısı tədarük edəcəyinə sözverib.

Seçilən
30
10
az.trend.az

10Mənbələr