Bakı. Trend:
Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Qomaşəhərində hökumət qüvvələri ilə üsyançılar arasında gedəndöyüşlərdə azı 700 nəfər həlak olub.
Trend-inməlumatına görə, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsiStefan Düjarrik məlumat verib.
“Ümumdünya Səhiyyə Təşkilatı və onun tərəfdaşları hökuməti iləbirlikdə yanvarın 26-dan 30-dək qiymətləndirmə aparıb. Müəyyənedilib ki, 700 nəfər ölüb, 2800 nəfər yaralanıb", - deyə S.Düjarrikəlavə edib ki, bu rəqəmlər arta bilər.
Qeyd edək ki, Qoma şəhəri 2 milyon nəfər əhalisi olan ŞimaliKivu əyalətinin inzibati mərkəzidir.