Bundestaqın üzvləri Almaniya Azad Demokratik Partiyasının (ADP) qətnaməsini qəbul edərək, hökuməti dərhal Bundestaqın Büdcə Komitəsinə Ukraynaya dəstək məqsədilə gələcək tədbirlər üçün 3 milyard avroya qədər \"planlaşdırılmamış xərclər” təklifini təqdim etməyə çağırıblar.
Bu barədə AZXEBER.COM TASS-a istinadən xəbər verir.
ADP-nin qətnaməsinin lehinə mühafizəkar Xristian Demokrat Birliyi və Xristian Sosial Birliyi (XDB/XSB) bloku səs verib.
\"Almaniya üçün Alternativ”, \"Sara Vaqenknextin İttifaqı - Ağıl və Ədalət Naminə” və sol partiyalar layihəyə qarşı çıxıblar.
Almaniya Sosial Demokrat Partiyası (ASDP) və \"yaşıllar” partiyasından olan parlament üzvləri səsvermədə bitərəf qalıblar.