AZ

Sıxlığı azaltmaq üçün təhsil müəssisələrinin köçürülməsi – Əlverişli yerlər haradır?

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Dövlət Proqramınaəsasən, Bakı şəhərində yerləşən təhsil müəssisələrininfəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsiri qiymətləndiriləcəkvə müvafiq təkliflər hazırlanacaq.

2025−2029-cu illər ərzində bu istiqamətdə təhlillər aparılacaq,təkliflər hazırlanacaq və aidiyyəti qurumlarla razılaşdırılacaq,həmin təkliflərin həyata keçirilməsi ilə bağlı tədbirlər planıtəsdiq ediləcək.

Maraqlıdır, bu yerdə ediləcək hansı təkliflər dahaəlverişli olar?

Baş verəcək yeniliklər təhsil sisteminə necə təsiredər?

Mövzu ilə bağlı Trend-ə danışan Azərbaycan Dövlət PedaqojiUniversitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzininrəhbəri Kamran Əsədov bildirib ki, pik saatlardatıxacların 30-40%-i məhz məktəblərə və universitetlərə gedənşagirdlər və tələbələrlə bağlıdır:

“İlk növbədə qeyd edim ki, hazırda Bakı şəhərində 35 ali təhsilmüəssisəsi fəaliyyət göstərir və burada 140 mindən çox tələbətəhsil alır. Bundan əlavə, müxtəlif səviyyəli məktəblərdə 600mindən artıq şagird təhsil alır. Bu qədər təhsilalanın hər günşəhər daxilində hərəkəti əsas yolların yüklənməsinə və tıxaclarınartmasına səbəb olur. Pik saatlarda tıxacların 30-40%-i məhzməktəblərə və universitetlərə gedən şagirdlər və tələbələrləbağlıdır".

Bu problemi həll etmək üçün bir neçə əsasistiqamətdə tədbirlər görülə bilər...

"Birincisi, məktəb və universitet avtobuslarının tətbiqieffektiv bir həll yolu ola bilər. Hazırda valideynlərin şəxsiavtomobillərlə məktəbə uşaq aparması səhər saatlarında yollarınhəddən artıq yüklənməsinə səbəb olur. Əgər dövlət tərəfindən və yaözəl təşəbbüslərlə məktəb avtobusları sistemi qurularsa,valideynlərin fərdi nəqliyyat vasitələrindən istifadəsi azalacaq vəyollar daha rahat olacaq. Məsələn, ABŞ və Avropada məktəbavtobusları bu məqsədlə effektiv şəkildə istifadə olunur və həminölkələrdə bu sistem tıxacların qarşısını almaqda mühüm roloynayır.

İkincisi, təhsil müəssisələrinin dərs saatlarının fərqlivaxtlarda başlanması nəqliyyat axınının tənzimlənməsinə kömək edəbilər. Məktəb və universitetlərin eyni vaxtda fəaliyyətə başlamasısəhər saatlarında nəqliyyat sıxlığını artırır. Əgər bəziməktəblərin dərs saatı 8:30 və ya 9:00-a, bəzi universitetlərin isə10:00 və ya daha gec başlanması təmin edilsə, bu yollardakı yükümərhələli şəkildə bölüşdürər. ABŞ və Böyük Britaniya kimi ölkələrdətəhsil müəssisələrinin dərs saatlarının müxtəlif vaxtlardabaşlaması nəqliyyat axınının tənzimlənməsinə kömək edib və sıxlığıtəxminən 15-20% azaldıb.

Üçüncüsü, universitetlərin şəhərdən kənara köçürülməsi nəqliyyatsıxlığının azaldılması baxımından da effektiv yanaşma ola bilər.Hal-hazırda Bakı Dövlət Universiteti, Azərbaycan TexnikiUniversiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Memarlıqvə İnşaat Universiteti kimi ali məktəblər mərkəzi yolların üzərindəyerləşir və bu da tıxacların yaranmasında əsas faktorlardanbiridir. Əgər bu universitetlər Xırdalan, Sumqayıt, Hövsan, Qaradağvə Pirallahı kimi ərazilərə köçürülərsə, tələbələrin və akademikheyətin hərəkəti şəhərdən kənara yönələr və yollardakı sıxlıqazalar. Dünya təcrübəsində də universitetlərin şəhər kənarınaköçürülməsi geniş tətbiq olunur. Məsələn, Almaniyada HeidelbergUniversiteti, Türkiyədə ODTÜ və Bilkent şəhər kənarında yerləşərəkmüasir kampus şəraiti yaradır və şəhər nəqliyyatına yük salmır.

Dördüncüsü, ictimai nəqliyyatın gücləndirilməsi və tələbəkartlarının tətbiqi fərdi nəqliyyat vasitələrindən istifadəninazalmasına səbəb ola bilər. Məsələn, Almaniyada tələbələr üçünxüsusi aylıq nəqliyyat kartları var və tələbələr metro, avtobus vətramvaylardan güzəştli qiymətlə istifadə edirlər. Bakıda da busistemin tətbiqi həm ictimai nəqliyyata keçidi artırar, həm dəşəhər nəqliyyatının yükünü azaldar”, - deyə o əlavə edib.

K.Əsədov vurğulayıb ki, bu yeniliklərin təhsil sisteminəbir neçə müsbət təsiri olacaq:

“• Davamiyyət artacaq: Nəqliyyat problemlərinin azalmasınəticəsində tələbələr və şagirdlər dərslərə vaxtında çatabiləcək.

• Tədris keyfiyyəti yüksələcək: Tıxacda uzun müddət qalanşagirdlər və müəllimlər fiziki yorğunluq hiss edir ki, bu da dərsprosesinə mənfi təsir göstərir.

• Valideynlərin yükü azalacaq: Məktəb avtobuslarının tətbiqi iləvalideynlər uşaqlarını məktəbə aparmaq üçün əlavə vaxt sərfetməyəcək.

• Ekoloji təsir: Avtomobillərin istifadəsinin azalması karbonemissiyalarını da azaldacaq və şəhərin hava keyfiyyətiyaxşılaşacaq.

Nəticədə Bakıda təhsil müəssisələrinin nəqliyyat sıxlığınatəsirinin araşdırılması və uyğun təkliflərin hazırlanması şəhərinfrastrukturunun dayanıqlılığını artıracaq. Məktəb avtobuslarınıntətbiqi, dərs saatlarının mərhələli şəkildə başlanması,universitetlərin şəhərdən kənara köçürülməsi və ictimai nəqliyyatıngücləndirilməsi kimi addımlar bu problemi həll etməyə kömək edəbilər. Azərbaycanın bu sahədə beynəlxalq təcrübədən yararlanaraqsistemli və uzunmüddətli həllər hazırlaması şəhərin yükünüazaldacaq ”, - deyə o qeyd edib.

Təhsil eksperti Qoşqar Məhərrəmov isə Trend-ə bildirib ki,məktəblərin nəqliyyat sıxlığı ilə bağlı müxtəlif praktikaları,beynəlxalq təcrübələri var:

"Bununla bağlı ən önəmli təcrübələrdən biri məktəbavtobuslarının olmağıdır. Məktəb avtobusu olanda hər kəs özvalideyninin avtomobili ilə gəlmir. O zaman uşaqlar üçün məktəbəgəlib-getmək daha rahat olur. Məktəb avtobusları avtobus zolaqlarıilə hərəkət etdiyi üçün uşaqlar da vaxtında gəlib məktəblərinə çatabilirlər və etibarlı olur. Çünki avtobus zolaqlarında başqaavtomobillər olmur. Ona görə də düşünürəm ki, bu praktikaAzərbaycanda da tətbiq oluna bilər. Müvafiq qurumlar tərəfindən hərməktəb üçün lazımı sayda avtobuslar təşkil olunsa, düşünürəm ki,problem həll olunar və sıxlığın qarşısı xeyli alına bilər".

Ekspert qeyd edib ki, bir digər məsələ isə Azərbaycandaməktəblərin səviyyəsinin mərkəzi yerlərlə kənar zonalar arasındafərqli olmasıdır.

"Məktəblər arasında belə bir fərqin olması əlbəttə ki,valideynləri vadar edir ki, onlar kənarda yaşasalar belə mərkəziyerlərdəki məktəbə uşaqlarını qeydiyyatdan keçirsinlər. Məsələn,Binədə yaşayan bir şagird hər gün şəhərin mərkəzinə məktəbə gəlir.Bu əlbəttə ki, həm təhlükəlidir, həm nəqliyyat sıxlığının artmasınasəbəb olur, həm də vaxt itkisidir. Amma həqiqətən də sistemi bir azdaha inkişaf etdirə bilsək, kənar yerlərdə yerləşən məktəblərinmərkəzdə yerləşən məktəblərdən bir fərqi qalmasa, bu məsələniinsanların təfəkküründə yerləşdirə bilsək və təmin edə bilsək,uşaqlar məktəb üçün şəhər mərkəzinə gəlməyəcək, öz evinə yaxın olanməktəbə getməyi seçəcək",- deyə o əlavə edib.

Seçilən
41
4
az.trend.az

6Mənbələr