AZ

Maddələr mübadiləsini sürətləndirən gündəlik vərdişlər: Səhər onu qəbul etmək toksinləri təmizləyir

Maddələr mübadiləsini sürətləndirən gündəlik vərdişlər:

Maddələr mübadiləsini sürətləndirmək üçün bəzi səhər vərdişləri və həyat tərzi dəyişiklikləri olduqca faydalıdır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, günə ilıq limonlu su içərək başlamaq həzmi sürətləndirir və toksinlərin bədəndən çıxmasına kömək edir.

Daha çox hərəkət etmək, məsələn, pilləkənlərdən istifadə etmək və ya gün ərzində aktiv olmaq maddələr mübadiləsini sürətləndirir.

Qidaları yaxşı çeynəmək, həzm fermentlərinin düzgün ifraz olunmasını təmin edərək qidanın səmərəli həzm edilməsinə kömək edir.

Yaşıl çay, zəncəfil çayı və ya zərdəçal südlü içkilər maddələr mübadiləsini artıran antioksidanlar və antiinflamatuar maddələr ehtiva edir.

Probiyotiklər və prebiyotiklər bağırsaq mikrobiomunu tarazlayaraq həzmi yaxşılaşdırır.

Liflə zəngin qidalar, məsələn, tam taxıllar, meyvə və tərəvəzlər qan şəkərini tənzimləyir və bağırsaq sağlamlığını dəstəkləyir.

Güc məşqləri, xüsusilə bədən çəkisi ilə edilən idman hərəkətləri, əzələ kütləsini artıraraq metabolizmin daha sürətli işləməsini təmin edir.

Keyfiyyətli yuxu, bədənin enerji balansını qorumağa və maddələr mübadiləsini nizamlamağa kömək edir.

Ədviyyatlarla zəngin qidalar, məsələn, cayenne bibəri və zəncəfil metabolik sürəti artırır.

Gülmək və stresdən uzaq durmaq, bədəndə hormon balansını tənzimləyir və həzm sisteminə müsbət təsir göstərir.

Hər gün kifayət qədər su içmək, bədənin funksiyalarını normallaşdıraraq maddələr mübadiləsini aktiv saxlayır.

Düzgün qidalanma və müntəzəm idman, ümumi sağlamlığı dəstəkləyərək həzm prosesini daha effektiv hala gətirir.

Qəhvə və yaşıl çay istehlakı, təbii kofein mənbəyi olduğu üçün yağ yandırmanı sürətləndirə bilər.

Qəbul edilən kalori və qida miqdarına nəzarət etmək, maddələr mübadiləsini yavaşlatmadan sağlam çəki idarə etməyə kömək edir.

Sağlam və balanslı pəhriz, uzunmüddətli metabolik sağlamlıq üçün vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
16
e-saglam.az

1Mənbələr