AZ

Yevlaxda iki maşın toqquşdu - Yaralanan var

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə rayonunun Qanboy Quliyev küçəsində qeydə alınıb. 

 Belə ki, "Nissan" və "VAZ" markalı avtomobilləri toqquşub. Hadisə nəticəsində "Nissan" aşıb. 

Qəza zamanı yaralanan sürücüsü Elnur Ələsgərov xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Seçilən
110
28
unikal.az

10Mənbələr