AZ

Avropada qaz kəskin bahalaşıb

Bakı.Trend:

Yanvar ayının yekunlarına əsasən Avropada qazın orta qiyməti 6%bahalaşaraq min kub metri 517 ABŞ dollarına çatıb.

Trend xəbər verirki, bu barədə rus KİV-ləri Londonun ICE birjasının statistikasınaistinadən məlumat yayıb.

Məlumata görə, qazın bahalaşmasına ilk növbədə soyuq qış vəUkrayna üzərindən Rusiya qazının tranzitinin dayandırılması fonundayeraltı saxlanclardan qazların çıxarılması templərinin artmasıtəsir göstərib.

31 dekabr 2024-cü ilin qaz füçersləri hər min kub metrə görə 539ABŞ dollarına yaxın idisə, bir aydan sonra sövdələşmələr təxminən577 ABŞ dolları səviyyəsində bağlanıb.

2024-cü ilin payızından etibarən Avropadakı qaz hablarındaqiymətlər tədricən artmağa başlayıb. Ötən ilin sentyabr ayındaqitədə qazın orta qiyməti hər min kubmetr üçün 416 dollar olub(illik ifadədə 0,3% azalma), oktyabrda — 456 dollar (-11%),noyabrda — 491 dollar (-4%), dekabrda — 489 dollar (+20%), cariilin yanvarında isə — 517 dollar olub (+53%).

Məqalədə:
Seçilən
31
1
az.trend.az

3Mənbələr