AZ

ABŞ administrasiyası ilə birbaşa danışıqlar üçün heç bir səbəb yoxdur - İran XİN

İran rəhbərliyi ABŞ prezidenti Donald Tramp administrasiyası ilə birbaşa danışıqlara başlamaq üçün heç bir səbəb görmür.

Olaylar.az-ın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bildirib.

Onun sözlərinə görə, İranın dondurulmuş aktivlərinin blokdan çıxarılması Tehran və Vaşinqton arasında etimadı bərpa etmək üçün ilk addım ola bilər.

"Bunun baş verməsi üçün bir səbəb olmalıdır. Hazırda mən bunun üçün heç bir əsas görmürəm. Bununla belə, onların hansı siyasəti yürüdəcəklərini, dialoq üçün zəmin olub-olmayacağını mütləq görməliyik", - deyə nazir qeyd edib

"Bir və ya iki addımın etimadı bərpa edəcəyini deyə bilmərəm, çünki münasibətlərimiz çətin yoldan keçib <��...>. Məncə, ABŞ buna nail olmaq üçün nə etmək lazım olduğunu hamıdan yaxşı bilir", - o, davam edib..
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
2
olaylar.az

4Mənbələr