AZ

Əliyevli “Eqnatiya”dan növbəti qələbə

Azərbaycanlı müdafiəçi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki,  sözügedən komanda 23-cü tur çərçivəsində "Bllis"i qonaq edib.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. Zamiq Əliyev 87-ci dəqiqədə bu üstünlüyü qorumaq üçün meydana buraxılıb.

“Eqnatiya” bu qələbədən sonra 42 xalla Albaniya çempionatının liderlik edir.

Seçilən
12
fanat.az

1Mənbələr