AZ

Ermənistanı qorxuya salan məhkəmə prosesi

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam edir. Bu proses Ermənistan rəhbərliyində ciddi narahatlıq və qorxu hissi yaradıb. 

Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib ki, Ermənistan baş nazirinin son açıqlamaları onun narahatlığından irəli gəlir. Paşinyan başa düşür ki, müharibə zamanı verdiyi əmrlər beynəlxalq cinayətdir.

Politoloq bildirib ki, özünü demokrat adlandıran Paşinyanın gələcəkdə cinayət məsuliyyətinə cəlb edilməsi üçün hüquqi əsas yarana bilər.

“Arayik Arutyunyan vaxtilə Gəncənin bombalanmasına dair əmr verdiyini bildirmişdi. İndi isə məhkəmədə bu səlahiyyətə malik olmadığını deyir. Açıq şəkildə qeyd edir ki, bu işdə Ermənistan rəhbərliyi günahkardır. Əlbəttə, məhkəmə istintaqı davam edir və nəticələr barədə ictimaiyyətə məlumat veriləcəkdir. Ermənistan rəhbərliyinin verdiyi bəyanatlar isə narahatlığın nümunəsidir. Əgər Paşinyan narahatdırsa, deməli, onun bu və ya digər hadisələrdə əli var”.

Müharibənin bitməsinin savaş vaxtı törədilən cinayətlərin cəzasız qalacağı demək olmadığını deyən Z.Məmmədov vurğuladı ki, Ermənistan dövləti məğlub oldu və hər kəs etiraf etdi ki, Ermənistan işğalçı dövlət kimi Azərbaycan torpaqlarını nəzarətdə saxlayıb.

“Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, müharibə vaxtı törədilən cinayətlərlə bağlıdır. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində cinayətlərə yol verənlər cəzalarını almalıdırlar. Məlumdur ki, Birinci Qarabağ müharibəsi dövründə Zori Balayan, Robert Koçaryan, Serj Sarkisyan, eləcə də digərləri Azərbaycan xalqına qarşı böyük cinayətlər törədiblər. Onların imici də hər kəsə məlumdur. İndiki Ermənistan dövlətini idarə edənlər isə bu və ya digər şəkildə sudan quru çıxmaq, dünyada özləri barədə müsbət rəy yaratmaq istəyirlər”.

Z.Məmmədov qeyd edib ki, məhkəmə prosesi tam şəffaf şəkildə keçirilməkdədir. Onun sözlərinə görə, Azərbaycan üçün önəmli olan ədalətin zəfər çalması, haqqın qalib gəlməsi, cinayətləri icra edənlərin və sifarişçilərin aşkara çıxarılması və onların cəzalandırılmasıdır.

“Paşinyan, əslində, özünə görə qorxur. Çünki bilir ki, məhkəmə zamanı elə ifadələr səslənə bilər ki, bu, onun məsuliyyətini ortaya qoya bilər. Məsələn, Arutyunyan məhkəmənin ilk günündə dedi ki, Gəncənin bombalanması əmrini o verməyib. O, sadəcə, belə bir açıqlama verdiyini və buna görə təəssüfləndiyini bildirdi”.

Bunu hafta.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

E.Şahinoğlu bildirib ki, əgər Gəncənin bombalanması əmrini Arutyunyan verməyibsə, deməli, Paşinyan verib. Məhkəmə prosesi zamanı başqa açıqlamaların da gözlənilən olduğunu vurğulayan politoloq qeyd edib ki, məhz bu baxımdan Paşinyan psixotrop maddələr iddiasını ortaya atıb.

“Paşinyan bu fikirləri indidən gündəmə gətirir ki, sabah məhkəmədə onun adı hallansa, desin ki, mühakimə olunanlara təsir edilib deyə Paşinyanın məsuliyyəti barədə açıqlamalar veriblər. Paşinyan öz canından qorxur. Paşinyanın Arayik Arutyunyanla, Ruben Vardanyanla heç bir bağlılığı yoxdur. Əksinə, Paşinyan həmin şəxslərin hazırda azadlıqda olmalarını və Ermənistana gəlmələrini heç istəməz. Bəlkə də onların uzun müddət Azərbaycanda həbsdə qalmaları Paşinyanın ürəyincədir. Sadəcə, məhkəmənin gedişatından qorxur ki, prosesdə onun əleyhinə ifadələr səslənəcək və bu ifadələri egyışkdgtvşkşdgtdgk özləri səsləndirəcəklər. Buna görə də qabaqdan Azərbaycanı ittiham etməyə çalışır ki, guya ifadələr alınarkən psixotrop maddələrdən istifadə olunub”.

Seçilən
17
hafta.az

1Mənbələr