AZ

İran uranın zənginləşdirilməsini kosmos proqramı adı altında gizlədir

İranın Müdafiə Nazirliyinin nüvənin inkişafına məsul olan gizli agentliyi ölkənin kosmik proqramında fəaliyyət göstərir.

Bu barədə Parisdə yerləşən İran Milli Müqavimət Şurasının hesabatında bildirilib.

“Bir neçə ay ərzində toplanmış məlumatlar göstərir ki, İranın Müdafiə İnnovasiyaları və Tədqiqat Təşkilatı Şahrud və Semnan sahələrində nüvə başlıqlarının yaradılması üzrə işi gücləndirib”, - hesabatda deyilir. Məlumata görə, bu obyektlər əvvəllər sırf kosmik inkişaflarla əlaqəli hesab olunurdu.

Hesabatda Tehranın 2024-cü ilin sentyabrında “Çəmran-1” tədqiqat peykinin buraxılması üçün istifadə etdiyi “Qaim-100” daşıyıcı raketindən də bəhs edilir. NCRI onun nüvə başlığı daşımağa qadir olduğuna inanır.

İkinci obyekt, Semnan kosmodromunda ağır peykləri orbitə çıxara bilən “Simurq” kimi maye yanacaqla işləyən raketlərin yaradılması üçün istifadə olunur. Bununla belə, təşkilat hesab edir ki, onlar nüvə yüklərini çatdırmaq üçün də uyğunlaşdırıla bilər.

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatına görə, hazırda İranda 60% konsentrasiyası olan 182,3 kq zənginləşdirilmiş uran var. Bu mmiqdar isə nəzəri cəhətdən dörd atom bombası hazırlamaq üçün kifayətdir.

visiontv.az



Seçilən
12
8
visiontv.az

9Mənbələr