Vətəndaşlardan 9 ədəd ov tüfəngi təhvil götürülüb.
Biləsuvarda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib.
DİN-dən Operativ Media-ya verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Keçirilən son tədbirlər nəticəsində vətəndaşlardan 9 ədəd ov tüfəngi təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.