Bakı, 1 fevral, AZƏRTAC
Qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, keçirilən son tədbirlər nəticəsində vətəndaşlardan 9 ədəd ov tüfəngi təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.