AZ

Nəvə ilə nənənin qoşa məzarı - Ürəkdağlayan video

Yevlax rayonunda nəvəsi qəzada öldüyü üçün intihar edən nənənin ölümünün  yeni detalları məlum olub.

 

Oxu24.com -a  yerli sakinlərin verdiyi məlumata görə,nəvəsinin faciəli şəkildə ölümünə dözməyərək intihar edən 64 yaşlı Lalaxanım Rzayevanın bundan əvvəl də ailəsində faciələr yaşanıbmış.

 

Əslən Kəlbəcərin Zarlar kəndindən olan ailə Yevlax rayonunda məskunlaşıblar.Lalaxanım Rzayevanın illər öncə kiçik qızı xəstəlikdən dünyasını dəyişibmiş.

 

Bu hadisədən sonra qadın ağır travma alıb.Sözügedən faciədən bir müddət  sonra Lalaxanım daha bir travma alıb.Onun  bacısı qızı faciəli şəkildə,avtomobil qəzasında vəfat edib.Bu ağır  hadisələrdən sonra qadın ağır hallar keçirdiyi üçün eşitməsində problem yaranıb.

Qadının nəvəsinin faciəli şəkildə ölməsindən sonra onda ciddi psixoloji hallar yaşanıb.Qadın sirkə turşusu içərək canına qəsd edib.

Qeyd edək ki, 15 yaşlı Amin Rzayevi yanvarın 23-də məktəbdən qayıdarkən maşın vurub. Ağır vəziyyətdə Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilən yeniyetmə komadan ayılmayıb və yanvarın 30-u dünyasını dəyişib. 

Seçilən
39
6
oxu24.com

10Mənbələr