AZ

Dünyanı vətənə gətirən adam

Image

Umud Mirzəyev deyəndə mənim ağlıma onun təsisçisi və prezidenti olduğu, uğruna 33 ilini həsr etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondu gəlir. “Şəhidlər Xiyabanı” kimi müqəddəs məkanla yan-yana duran BAMF-ın qapısından içəri girəndə qarşımıza yığcam və səliqəli həyətin divarları boyu asılmış Qarabağ bölgəsinə dair “mənim evim”, “mənim kəndim”, “mənim şəhərim”,”mənim vətənim” başlıqlı dəyərli fotoqrafiya nümunələri çıxır. Bu şəkillər Umud Mirzəyevin şəxsiyyəti və fəaliyyəti barədə bizə çox şey deyir. Bura şair publisist,jurnalist, ictimai-siyasi xadim Umud Mirzəyevin “evidir “desək, yanılmarıq. Vətən, onun “dünəni, bu günü və sabahıdır”. Vətən mənə görə elə “elə Umud Mirzəyevin özüdür”.

BAMF-ın həyətindəki şəkillərə   baxıram - xarici ölkələrin nümayəndələri,səfirləri, millət vəkilləri , hətta baş nazirləri... mövzuları isə Qarabağ, torpaq, mina, şəhid... Umud müəllimin xidmətlərindən hər biri səmimiyyətinə, vətənə xidmətinə görə  deyilmi?

Sonra isə onun BAMF-ın 30 illik fəaliyyətinə həsr olunan “Otuz il sülh naminə” kitabını vərəqləyirəm... və düşünürəm o , həqiqətən də 100 ildə bir doğulan insanlardan biridir. Ümummilli lider Heydər Əliyevin  sözünü xatırlayıram...” Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir…”  

Tarixin 100 ildən bir yetişdirdiyi  dahinin, Ulu Öndərin haqqında bəhs etdiyi  Azərbaycan gənclərindən biri Umud  Mirzəyev olub.

 1982-87-ci illərdə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsində təhsil alıb. 1988-ci ildə Azərbaycan Yazıçılar İttifaqının mətbu orqanı olan “Ədəbiyyat və incəsənət” qəzetində əmək fəaliyyətinə başlayıb. 1989-1993-cü illərdə isə həmin qəzetin “Elm, publisistika və məktublar” şöbəsinə rəhbərlik edib. 

U.R.Mirzəyev 1992-ci ildən fəaliyyətə başlayan və bu gün BMT-nin İqtisadi-Sosial Şurasının Əsas məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və prezidentidir. Onun təşəbbüsü, eləcə də müxtəlif ölkə jurnalistlərinin dəstəyi ilə yaradılan BAMF davamlı olaraq xarici media nümayəndələrinin postsovet məkanındakı münaqişə bölgələrinə səfərlərinin təşkili və obyektiv informasiyanın yayılması istiqamətdə fəaliyyət göstərib. Dağlıq Qarabağ münaqişəsinin ən mürəkkəb və çətin vaxtlarında xarici ölkələri təmsil edən jurnalistlərin, xalq diplomatlarının cəbhə xəttinə yaxın ərazilərə yüzdən artıq səfərlərini reallaşdıran BAMF, Ermənistan ordusunun törətdiyi cinayətlərlə bağlı obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması isiqamətində ciddi addımlar atmışdır.  

Ulu  Öndər H. Əliyevin zamanında odlu-alovlu  gənclik illərini  yaşayan,   Qarabağlı, Füzulili  Umud Mirzəyev sanki illərin necə keçdiyindən   xəbərsizdi. Çünki  Vətən onun  dünəni, bu günü  və sabahıdır...Ömrünü  yaşayaraq Vətənə həsr edən adama  Umud Mirzəyev   deyilir. 

Təvazökar davranışı, yüksək mədəniyyəti   ilə  seçilən, fərqlənən şəxsiyyətdir Umud Mirzəyev. Azərbaycan xalqının tarixində müstəsna xidmətləri olani şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olub. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalıblar.

 30 il sülh naminə...

Oxuyuram... 

BAMF-ın ilk  bəyanatı, yaranma zərurəti ,  həyat yolu , hətta BAMF-ın özüdür  Umud Mirzəyev.  Beynəlxalq Avrasiya Mətbuat Fondu  1992-ci ildə müxtəlif ölkələrdən olan bir qrup jurnalistlər tərəfindən yaradılmışdır. Təşkilatın yaradılmasının əsas məqsədi münaqişə bölgələrinə, konflikt zonalarına beynəlxalq jurnalistlərin, diplomatların səfərlərini təşkil etmək və həmin ərazilərdən obyektiv informasiya yaymaq olmuşdur. BMT-nin İqtisadi Sosial Şurasının ən yüksək - Əsas məşvərətçi statuslu üzvü olan BAMF dünyanın aparıcı beynəlxalq təşkilatları və qlobal media qurumları ilə sıx əməkdaşlıq edir.

  "Mən Sizin bəşəriyyət  üçün gördüyünüz  təmənnasız   işləri  dəyərləndirirəm"   Bu sözləri,   BMT-nin baş katibi  Pan Gi Mun  Beynəlxalq Avrasiya  Mətbuat Fondunun  prezidenti   Umud Mirzəyev haqqında hələ 2007- ci ildə deyib…

Sadədən sadə, mürəkkəbdən  mürəkkəbdi Umud Mirzəyev. Sadəliyi  təvəzökarlığında, müəmmalı  təbəssümündə,  simasında, davranışlarında, insanlarla münasibətindədir. Mürəkkəbliyi isə  dəqiqliyində, iş prosesindəki  kaprizlərində görünür. Əvvəllər  məndən kimsə soruşsaydı ki, “ Umud  Mirzəyev kimdir”-  Deyərdim ki, sadə vətəndaş,  çox saylı QHT   rəhbərlərindən biri...

 Bu gün isə  deməyə   sözüm, yazmağa mövzularım  o qədərdir ki,adam bilmir hardan  başlasın.Maraqlandım, oxudum,  araşdırdım   və   indi –indi  tanıyıram    Umud Mirzəyevi. İş, məsuliyyət, cavabdehlik...  Məsuliyyətsizliyi öz övladlarına  belə bağışlamaz. Bu insan  işləyən, çalışqan insanları ucaldıb  başına tac edəndir. 

Haqlı  deyilmi?

İnsanlar müxtəlif   cür olur - iş görən  və göstərən, gördüyü  işləri şişirdərək reklam edən... Hər kəsə  hörmətlə   yanaşıram. Hərənin öz xarakteri var.   Amma  iş görüb, öz  də lap böyük   İŞLƏR  görüb, sakit qalmaq insanın  özünə qarşı haqsızlığıdır. Reaksiyası  təbiəti   qədər   ağırdır, təmkinlə münasibət  bildirər, fikir dinləyər.

Səmimiyyəti   qədər  dərin, ucalığı  qədər əzəmətli ,  iş   üçün  doğulan, gördüyü işdən  zövq   alan lider şəxsiyyətdir Umud  Mirzəyev. O,  başqalarının  uğurlarına sevinməyi, həmin uğurların əldə olunmağına  dəstək  göstərməyi bacaran ziyalıdır. Fevralın 1-i Umud Mirzəyevin ad günüdür. Ad günü münasibətilə onu təbrik edir, Allahın nəsib   etdiyi  ömrü sağlam yaşamağı arzulayıram!

 Hörmətlə,   Gülşən Behbud

 

Milli Dəyərlər üzrə Maarifləndirmə İB –nin sədri, 

”Tərəqqi” medalı laureatı

 

 

 

 

 

 

 






Seçilən
14
baki-xeber.com

1Mənbələr