![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/131db68b-4bc9-484a-994a-0e4e16483287.webp)
Umud Mirzəyev deyəndə mənim ağlıma onun təsisçisi və prezidenti olduğu, uğruna 33 ilini həsr etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondu gəlir. “Şəhidlər Xiyabanı” kimi müqəddəs məkanla yan-yana duran BAMF-ın qapısından içəri girəndə qarşımıza yığcam və səliqəli həyətin divarları boyu asılmış Qarabağ bölgəsinə dair “mənim evim”, “mənim kəndim”, “mənim şəhərim”,”mənim vətənim” başlıqlı dəyərli fotoqrafiya nümunələri çıxır. Bu şəkillər Umud Mirzəyevin şəxsiyyəti və fəaliyyəti barədə bizə çox şey deyir. Bura şair publisist,jurnalist, ictimai-siyasi xadim Umud Mirzəyevin “evidir “desək, yanılmarıq. Vətən, onun “dünəni, bu günü və sabahıdır”. Vətən mənə görə elə “elə Umud Mirzəyevin özüdür”.
BAMF-ın həyətindəki şəkillərə baxıram - xarici ölkələrin nümayəndələri,səfirləri, millət vəkilləri , hətta baş nazirləri... mövzuları isə Qarabağ, torpaq, mina, şəhid... Umud müəllimin xidmətlərindən hər biri səmimiyyətinə, vətənə xidmətinə görə deyilmi?
Sonra isə onun BAMF-ın 30 illik fəaliyyətinə həsr olunan “Otuz il sülh naminə” kitabını vərəqləyirəm... və düşünürəm o , həqiqətən də 100 ildə bir doğulan insanlardan biridir. Ümummilli lider Heydər Əliyevin sözünü xatırlayıram...” Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir…”
Tarixin 100 ildən bir yetişdirdiyi dahinin, Ulu Öndərin haqqında bəhs etdiyi Azərbaycan gənclərindən biri Umud Mirzəyev olub.
1982-87-ci illərdə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsində təhsil alıb. 1988-ci ildə Azərbaycan Yazıçılar İttifaqının mətbu orqanı olan “Ədəbiyyat və incəsənət” qəzetində əmək fəaliyyətinə başlayıb. 1989-1993-cü illərdə isə həmin qəzetin “Elm, publisistika və məktublar” şöbəsinə rəhbərlik edib.
U.R.Mirzəyev 1992-ci ildən fəaliyyətə başlayan və bu gün BMT-nin İqtisadi-Sosial Şurasının Əsas məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və prezidentidir. Onun təşəbbüsü, eləcə də müxtəlif ölkə jurnalistlərinin dəstəyi ilə yaradılan BAMF davamlı olaraq xarici media nümayəndələrinin postsovet məkanındakı münaqişə bölgələrinə səfərlərinin təşkili və obyektiv informasiyanın yayılması istiqamətdə fəaliyyət göstərib. Dağlıq Qarabağ münaqişəsinin ən mürəkkəb və çətin vaxtlarında xarici ölkələri təmsil edən jurnalistlərin, xalq diplomatlarının cəbhə xəttinə yaxın ərazilərə yüzdən artıq səfərlərini reallaşdıran BAMF, Ermənistan ordusunun törətdiyi cinayətlərlə bağlı obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması isiqamətində ciddi addımlar atmışdır.
Ulu Öndər H. Əliyevin zamanında odlu-alovlu gənclik illərini yaşayan, Qarabağlı, Füzulili Umud Mirzəyev sanki illərin necə keçdiyindən xəbərsizdi. Çünki Vətən onun dünəni, bu günü və sabahıdır...Ömrünü yaşayaraq Vətənə həsr edən adama Umud Mirzəyev deyilir.
Təvazökar davranışı, yüksək mədəniyyəti ilə seçilən, fərqlənən şəxsiyyətdir Umud Mirzəyev. Azərbaycan xalqının tarixində müstəsna xidmətləri olani şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olub. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalıblar.
30 il sülh naminə...
Oxuyuram...
BAMF-ın ilk bəyanatı, yaranma zərurəti , həyat yolu , hətta BAMF-ın özüdür Umud Mirzəyev. Beynəlxalq Avrasiya Mətbuat Fondu 1992-ci ildə müxtəlif ölkələrdən olan bir qrup jurnalistlər tərəfindən yaradılmışdır. Təşkilatın yaradılmasının əsas məqsədi münaqişə bölgələrinə, konflikt zonalarına beynəlxalq jurnalistlərin, diplomatların səfərlərini təşkil etmək və həmin ərazilərdən obyektiv informasiya yaymaq olmuşdur. BMT-nin İqtisadi Sosial Şurasının ən yüksək - Əsas məşvərətçi statuslu üzvü olan BAMF dünyanın aparıcı beynəlxalq təşkilatları və qlobal media qurumları ilə sıx əməkdaşlıq edir.
"Mən Sizin bəşəriyyət üçün gördüyünüz təmənnasız işləri dəyərləndirirəm" Bu sözləri, BMT-nin baş katibi Pan Gi Mun Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev haqqında hələ 2007- ci ildə deyib…
Sadədən sadə, mürəkkəbdən mürəkkəbdi Umud Mirzəyev. Sadəliyi təvəzökarlığında, müəmmalı təbəssümündə, simasında, davranışlarında, insanlarla münasibətindədir. Mürəkkəbliyi isə dəqiqliyində, iş prosesindəki kaprizlərində görünür. Əvvəllər məndən kimsə soruşsaydı ki, “ Umud Mirzəyev kimdir”- Deyərdim ki, sadə vətəndaş, çox saylı QHT rəhbərlərindən biri...
Bu gün isə deməyə sözüm, yazmağa mövzularım o qədərdir ki,adam bilmir hardan başlasın.Maraqlandım, oxudum, araşdırdım və indi –indi tanıyıram Umud Mirzəyevi. İş, məsuliyyət, cavabdehlik... Məsuliyyətsizliyi öz övladlarına belə bağışlamaz. Bu insan işləyən, çalışqan insanları ucaldıb başına tac edəndir.
Haqlı deyilmi?
İnsanlar müxtəlif cür olur - iş görən və göstərən, gördüyü işləri şişirdərək reklam edən... Hər kəsə hörmətlə yanaşıram. Hərənin öz xarakteri var. Amma iş görüb, öz də lap böyük İŞLƏR görüb, sakit qalmaq insanın özünə qarşı haqsızlığıdır. Reaksiyası təbiəti qədər ağırdır, təmkinlə münasibət bildirər, fikir dinləyər.
Səmimiyyəti qədər dərin, ucalığı qədər əzəmətli , iş üçün doğulan, gördüyü işdən zövq alan lider şəxsiyyətdir Umud Mirzəyev. O, başqalarının uğurlarına sevinməyi, həmin uğurların əldə olunmağına dəstək göstərməyi bacaran ziyalıdır. Fevralın 1-i Umud Mirzəyevin ad günüdür. Ad günü münasibətilə onu təbrik edir, Allahın nəsib etdiyi ömrü sağlam yaşamağı arzulayıram!
Hörmətlə, Gülşən Behbud
Milli Dəyərlər üzrə Maarifləndirmə İB –nin sədri,
”Tərəqqi” medalı laureatı