AZ

Bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan şikayətlərə baxılıb

Bakı. Trend:

Yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədarMərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərə baxılıb.

Trend xəbər verir ki, MSK-nınbu gün keçirilən icasında çıxışçılar şikayətlərin hansı seçkidairələrindən daxil olduğu barədə məlumat verilib.

Bildirilib ki, şikayətlər 56 saylı Şabran-Xaçmaz (2 şikayət), 67saylı Sabirabad, 68 saylı Sabirabad-Şirvan, 72 saylı Cəlilabadkənd, 81 saylı İmişli, 82 saylı İmişli-Saatlı, 85 saylıFüzuli-Ağcabadi, 86 saylı Ağcabədi dairə seçki komissiyalarınınmüxtəlif məntəqə komissiyalarından daxil olub.

Qeyd edilib ki, müraciətlər aidiyyəti üzrə baxılması üçün dairəseçki komissiyalarına göndərilib.

Qeyd edək ki, yanvarın 29-u saat 19:00-da Azərbaycanda bələdiyyəseçkilərində səsvermə başa çatıb. Saat 19:00-a olan məlumataəsasən, bələdiyyə seçkilərində 1 874 810 seçici səsvermə hüququndanistifadə edib, seçici fəallığı 31,45 % olub.

Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxiledilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıyadaxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçkikomissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Məqalədə:
Seçilən
27
7
az.trend.az

10Mənbələr