Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şara Türkiyəyə səfər edəcək.
"Cebheinfo.az" xəbər verir ki, Suriyanın dövlət başçısı Səudiyyə Ərəbistanı səfərinin ardından qardaş ölkəyə gedəcək.
Onun Ankaraya səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə PKK/YPG terror qruplaşmaları haqqında danışacağı açıqlanıb.
Əhməd əş-Şaranın qarşıdakı 2 həftə ərzində Türkiyəyə səfər etməsi gözlənilir.