AZ

Ərəb ölkələri Fələstin probleminin həlli üçün Trampla işləmək niyyətindədirlər

Ərəb ölkələri Fələstin problemini həll etmək üçün ABŞ lideri Donald Trampla əməkdaşlıq etmək niyyətindədir.

Bizim.Media xəbər verir ki, bu barədə nazirlərin Qahirədə keçirilən görüşünün yekunları üzrə dərc olunmuş birgə bəyanatda deyilir.

Bildirilir ki, Misir, İordaniya, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Fələstin Azadlıq Təşkilatı və Ərəb Liqası Fələstin-İsrail münaqişəsinin iki dövlət prinsipi əsasında həlli üçün ABŞ prezidenti Donald Trampın administrasiyası ilə əməkdaşlıq etməyi gözləyirlər. Onlar Yaxın Şərqdə iki dövlət həllinə uyğun olaraq ədalətli və hərtərəfli sülhə nail olmaq üçün Trampla işləmək öhdəliyini ifadə ediblər.

Həmçinin Vaşinqtonla digər münaqişələrin həlli üçün işləmək niyyətlərini bildiriblər.

Bizim.Media

Seçilən
12
bizim.media

1Mənbələr