AZ

Kənd təsərrüfatına verilən biznes kreditlərin həcmi açıqlanıb

Ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən kənd təsərrüfatı sahəsinə verilmiş biznes kreditlərinin həcmi 1 milyard 786 milyon manata çatıb.

Bu barədə Aznews.az Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, bu göstərici əvvəlki ilin sonu ilə müqayisədə 263,1 milyon manat və ya 17,3% çoxdur. Belə ki, 2023-cü ilin sonunda Azərbaycandakı banklar tərəfindən kənd təsərrüfatı sahəsinə verilmiş biznes kreditlərinin həcmi 1 milyard 523 milyon manat olub.

Seçilən
26
3
aznews.az

9Mənbələr