AZ

Dünya nəhəngindən bir parça qopdu

Rusiya Federasiyasının Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutu tərəfindən dünyanın ən böyük aysberqi olan "A23a"da aparılan monitorinq zamanı onun strukturunda əhəmiyyətli dəyişikliklər qeydə alınıb.

Publika.az xəbər verir ki, hazırda Cənubi Atlantikada Cənubi Corciya adasından 340 km aralıda yerləşən aysberqdən təxminən 80 kv km-lik əhəmiyyətli buz kütləsi qopub. Bu, ümumi kütlənin təxminən 2%-ni təşkil edir.

İnstitutun buz və hidrometeorologiya üzrə baş mütəxəssisi Polina Soloşçukun sözlərinə görə, son on gün ərzində "A23a" Şotlandiya dənizinə doğru 40 km irəliləyib.

Qeyd olunur ki, 2023-cü ilin noyabr ayından açıq sulara çıxdıqdan sonra aysberq sahəsinin ümumi itkisi demək olar ki, 11%-ə çatıb. Bu, nəhəng buz blokunun əriməsi və parçalanması prosesinin davam etdiyini göstərir.

Seçilən
26
1
publika.az

10Mənbələr