AZ

Paşinyan Trampla görüşməyə çalışıb, alınmayıb – KİV


Hazırda ABŞ-də olan Ermənistanın Baş naziri Nikol Paşinyan Prezident Donald Trampla görüşməyə çalışsa da, bu alınmayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Bildirilir ki, daha əvvəl keçirdiyi mətbuat konfransında yeni seçilmiş prezident Trampla görüşün planlaşdırılmadığını bildirib.
“Əldə etdiyimiz məlumata görə, Ermənistanın hökumət nümayəndələri bütün mümkün vasitələrlə Trampla Paşinyan arasında görüş təşkil etməyə çalışıb. Xarici İşlər Nazirliyi, Ermənistanın ABŞ-dəki səfirliyi buradakı nüfuzlu erməni respublikaçılara müraciət edib. Lakin görüş alınmayıb”, - nəşr yazır.
Qeyd olunub ki, indi onlar ən azından yeni təyin olunmuş dövlət katibi Marko Rubio ilə Paşinyanın görüşünü təşkil etməyə çalışırlar.
Həmçinin bildirilir ki, fevralın 3-də səfirlikdə Paşinyanla erməni icmasının görüşü nəzərdə tutulub və orada iştirak etmək üçün Vaşinqton və ətraf rayonlarda yaşayan ermənilərə dəvətlər göndərilib.
Seçilən
22
yeniavaz.com

1Mənbələr