AZ

Premyer Liqa: Sumqayıtda hesab açılmadı

Misli Premyer Liqasının XXI turunda “Sumqayıt” “Araz-Naxçıvan”la qarşılaşıb.

KONKRET.az xəbər verir ki, Sumqayıt şəhər stadionunda baş tutan oyunda hesab açılmayıb.

“Araz-Naxçıvan” 43 xalla turnir cədvəlində ikinci, “Sumqayıt” isə 22 xalla altıncıdır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Sabah”ı 3:2, “Neftçi” isə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edib. “Turan Tovuz” – “Səbail” matçında isə qalib müəyyənləşməyib – 1:1.

KONKRET.az

Seçilən
103
9
konkret.az

10Mənbələr