AZ

"CBC Sport"un bəyanatı!

Misli Premyer Liqasının 21-ci turunun "Turan Tovuz" - "Səbail" görüşünün 45-ci dəqiqəsində "Səbail"in üzvü Süleyman Alluşa sarı vərəqə göstərilib.

Texniki xəta səbəbindən sarı vərəqənin efirimizdə "Turan Tovuz"un qapıçısı Sergey Samoka göstərildiyi qeyd edilib. Nəticədə ikinci hissədə Sergey Samok sarı vərəqə alarkən bu da tamaşaçılar və azarkeşlərin haqlı çaşqınlığına səbəb olub.

Texniki səhv nəticəsində yaranan anlaşmazlığa görə futbol ictimaiyyəti və azarkeşlərdən üzr istəyirik. "CBC Sport" yarandığı gündən dəqiqliyə, obyektivliyə və yüksək keyfiyyətli, dünya standartlarına uyğun yayım etmək üçün çalışır.

Təəssüf ki, bəzən bu cür səhvlər, xoşagəlməz hallar olur. Bir daha buraxılan səhvə görə üzr istəyirik. Əmin ola bilərsiniz ki, "CBC Sport" bundan sonra yüksək səviyyəli yayım etməyə çalışacaq.

Anlayışınız üçün təşəkkür edirik.

Seçilən
102
2
cbcsport.az

3Mənbələr