ABŞ ordusu Somalidə İŞİD mövqelərinə zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset məlumat verib.
Nazir bildirib ki, Trampın əmri ilə Somali hökuməti ilə koordinasiya əsasında ABŞ-ın Afrika Komandanlığına Qolis dağlarında İŞİD yaraqlılarına zərbələr endirilməsi üçün icazə verib:
“İlkin məlumata görə, çox sayda terrorçu öldürülüb”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Somalidə İŞİD liderlərindən birini zərərsizləşdirmək barədə göstəriş verib.